ABŞ hərbi bazasını təxliyə etdi

28 Oktyabr 2025 03:22 (UTC+04:00)

ABŞ "Melissa" qasırğasına görə Quantanamo körfəzindəki hərbi bazasından min nəfəri təxliyə edib. SİA xəbər verir ki, bu barədə "New York Times" yazıb. Bildirilib ki, Kubanın cənub-şərqindəki bazaya C-17 yük təyyarəsi göndərilib, dörd çarter reysi həyata keçirilib. Təxliyə edilənlər Floridadakı ABŞ bazasında yerləşdirilib. Onlar orada təxminən iki həftə qala biləcəklər.

Qeyd edək ki, "Melissa" qasırğasının 4-cü kateqoriyaya qədər gücləndiyi bildirilir.