Naxçıvanda ağır yol qəzası baş verib, ölən var

27 Oktyabr 2025 20:18 (UTC+04:00)

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Culfa rayonunun Camaldın kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Kia” markalı avtomobillə DAF markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Nəcəfova Gülnar Sakit qızı hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.