...Futbol və moda ulduzları Devid və Viktoriya Bekhem son aylarda valideynləri ilə əlaqə saxlamaqdan çəkinən böyük oğulları Bruklinlə barışmaq üçün daha bir addım atıblar.
Bir il əvvəl ailəsindən uzaqlaşmağa başlayan 26 yaşlı Bruklin, valideynlərinin onu kulinariya bacarıqlarına görə açıq şəkildə tərifləməsindən sonra yenidən diqqət mərkəzinə qayıdıb. Sosial mediada Viktoriya və Devid oğullarına dəstək ifadə edərək, onun pancake bişirdiyi videonu bəyəniblər.
SİA xəbər verir ki, Hello! jurnalının məlumatına görə, ailə münaqişəsi və Bruklinin bir neçə ailə şənliyində iştirak etməməsi ilə bağlı mübahisələrə baxmayaraq, valideynləri onu gözləməyə və dəstəkləməyə davam edirlər.
Lakin Bruklin özü valideynləri ilə əlaqəsiz qalır: o, Viktoriyanın Paris Moda Həftəsindəki şousu və sənədli layihəsinin premyerası kimi son hadisələrə maraq göstərməyib.
...Xatırladaq ki, Devid Bekhem 2019-cu ilin ən yaraşıqlı 20 kişisi siyahısına daxil edilib.
Nazlı Almuradova