Amerikalı senator Maduronu təhdid etdi

27 Oktyabr 2025 17:07 (UTC+04:00)

ABŞ-da Respublikaçı senator Lindsi Qraham Venesuela prezidenti Nikolas Maduronu ölümlə təhdid edib. SİA yerli mətbuata istinadən xəbər verir ki, senator ABŞ-ın Latın Amerikasındakı hadisələrə nəzarət etməsinin vacibliyini vurğulayıb.

O, Maduro administrasiyasını ABŞ üçün təhdid kimi təsvir edib: "Venesuela amerikalıların qanına girmiş bir ölkədir. Onlar Birləşmiş Ştatları narkotiklərlə zəhərləyirlər".

Qraham Maduronun dinc yolla vəzifəsindən getməyəcəyini, lakin tezliklə devriləcəyini söyləyib: "Ümid edirəm ki, o, dinc yolla gedəcək, amma düşünmürəm ki, uzun müddət qalacaq. Tramp Venesuelanın ABŞ-ı zəhərləməsindən bezib".

Bu sözlər ABŞ mediasında Maduroya qarşı mümkün sui-qəsd və ya rejim dəyişikliyi əməliyyatına işarə kimi şərh edilib.