Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

27 Oktyabr 2025 16:24 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.