“Real”ın sabiq qapıçısı vəfat etdi - FOTO

27 Oktyabr 2025 15:02 (UTC+04:00)

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı Xose Manuel Oçotorena dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb. 64 yaşlı keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb. Oçotorena “Real”ın yetirməsi olub və komandanın heyətində bütün turnirlər daxil olmaqla 46 oyun keçirib. Bu müddətdə 49 qol buraxıb və 20 dəfə qapısını toxunulmaz saxlayıb.

Madrid klubunun heyətində çıxış etdiyi illərdə Oçotorena üç dəfə İspaniya çempionu, iki dəfə isə UEFA Kubokunun qalibi olub. İspaniya millisində isə qapıçı yalnız bir oyun keçirib. O, 1989-cu ildə Polşaya qarşı yoldaşlıq görüşündə meydana çıxıb. Oçotorena 1990-cu il dünya çempionatında yığmanın heyətində yer alsa da, oynamaq imkanı qazanmayıb.