Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

27 Oktyabr 2025 14:33 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov oktyabrın 31-i saat 15:00-da xidmətin aparatında vətəndaş qəbulu keçirəcək. Xidmətdən SİA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə 30.10.2025-ci il tarixədək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.