Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının prezidium üzvü seçilib

27 Oktyabr 2025 14:09 (UTC+04:00)

Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb. SİA xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının prezidiumuna üzv seçilib.

Assambleyada, həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.