Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə keçid balları açıqlanıb

27 Oktyabr 2025 12:54 (UTC+04:00)

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib. Təhsil İnstitutunun nəzdində İnsan Respursları Mərkəzindən SİA-ya bildirilib ki, keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.