Məşhur futbolçu sevgilisinə evlilik təklif etdi - FOTOLAR

27 Oktyabr 2025 12:36 (UTC+04:00)

"Roma"nın tanınmış futbolçusu Stefan El Şaaravi diqqət mərkəzinə düşüb. SİA xəbər verir ki, İtaliya millisinin üzvü sevgilisi, model və teleaparıcı Ludovika Paqaniyə evlilik təklifi edib. Bu barədə İtalyan gözəl sosial şəbəkə hesabında paylaşım edib. Ludovika paylaşdığı fotolarına altına "Həyatımın sevgisinə "hə dedim" - deyə yazıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu karyerası ərzində "Roma"dan savayı "Milan" və "Monako" kimi klublarda da çıxış edib.