Vəkillər Xətai rayonunda vətəndaşlara hüquqi yardım göstəriblər

27 Oktyabr 2025 12:09 (UTC+04:00)

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisin və Vəkillər Kollegiyasının (VK) əməkdaşlığı ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib. Bu barədə SİA-ya VK-dan məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseydə deputat Zahid Orucun təşəbbüsü və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 20-dən çox vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, deputatların təşəbbüsü və VK-nın dəstəyi ilə respublika üzrə vətəndaşlara pulsuz hüquqi yardım aksiyası bu həftə də keçiriləcək.