İslamiada: Azərbaycan futzal millisinin oyunlarının təqvimi bəlli olub

27 Oktyabr 2025 11:57 (UTC+04:00)

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal matçlarının təqvimi müəyyənləşib. Futzal Federasiyasından SİA-ya bildirilib ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, bundan 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gələcək.

A qrupu

4 noyabr

Liviya – Azərbaycan

Səudiyyə Ərəbistanı - Özbəkistan

6 noyabr

Özbəkistan – Azərbaycan

Səudiyyə Ərəbistanı – Liviya

8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan

Özbəkistan – Liviya.