Daha 16 itkin-şəhidin dəfn mərasimləri keçiriləcək

27 Oktyabr 2025 11:57 (UTC+04:00)

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb. Dövlət Komissiyasından SİA-ya bildiriblər ki, oktyabrın 28-31-də daha 16 itkin-şəhid torpağa tapşırılacaq.