İngiltərə Premyer Liqasının 9-cu tur oyununda "Arsenal" doğma meydanda "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, bu qalibiyyət “topçular” üçün əlamətdar olub. London klubu Premyer Liqa tarixində 700-cü qələbəsini rəsmiləşdirib. Beləliklə, "Arsenal" bu göstəriciyə çatan ikinci komanda olub. Daha çox qələbəsi olan yeganə klub isə 760 oyunda rəqiblərini üstələyən "Mançester Yunayted"dir.