Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının əhatə dairəsində piyada vurulması ilə nəticələnən qəzaların təhlili göstərir ki, bu yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasında diqqətsizlik və məsuliyyətsizlik dayanır. Qəzalar daha çox piyada keçidlərinin bir neçə metrliyində, lakin keçidlərdən kənarda qeydə alınır. Vəziyyətin ciddiliyini nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edirik:
Əziz yol hərəkəti iştirakçıları!
Həyat və sağlamlığınız üçün vacib olan təsadüf və ya qismət yox, yollarda diqqət və məsuliyyətdir. Həm piyadalar, həm də sürücülər yollarda son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar" - müraciətdə vurğulanıb.