Ukraynanın Sumı vilayətində mikroavtobusa dron hücumu olub. SİA xəbər verir ki, nəticədə 69 yaşlı kişi ölüb, 8 yaşlı oğlan və 15 yaşlı qız da daxil olmaqla 12 nəfər yaralanıb. Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, yaralılardan ikisinin - uşaq və bir böyüyün vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparır.