ABŞ-də şatdaun bu tarixə qədər davam edə bilər

27 Oktyabr 2025 04:35 (UTC+04:00)

ABŞ hökumətinin qismən fəaliyyətsizliyi (şatdaun) noyabrın sonuna - ölkədə qeyd olunan Şükranlıq gününə qədər davam edə bilər. SİA xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bildirib. Qeyd edək ki, ABŞ-də Şükranlıq günü bu il noyabrın 27-də qeyd olunacaq. ABŞ-də federal hökumət maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini 1 oktyabrda qismən dayandırıb.