Tovuzda bıçaqlanma hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.