"Barselona" "Real Madrid"ə məğlub oldu

26 Oktyabr 2025 21:38 (UTC+04:00)

"Real Madrid" İspaniya liqasının 10-cu turunda evdə "Barselona"nı məğlub edib.

SİA-nın məlumatına görə, oyun ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Qələbə qollarını Kilian Mbappe və Jude Bellingham vurub.

Qonaqlardan Fermin Lopez fərqlənib.

Katalonlardan Pedri oyunun sonlarında meydandan qovulub. "Real Madrid"in 27 xalı var və İspaniya liqasında liderliyini artırıb.

"Barselona" 22 xalla ikinci yerdədir.

Daha əvvəl bildirilmişdi ki, Rusiya bukmeker şirkəti "Real Madrid" və "Barselona" arasındakı matça ən böyük mərc edərək 150.000 rubl məbləğində mərc edib.

Nazlı Almuradova