Futbol üzrə Misli Premyer Liqasında IX tura yekun vurulub.
SİA xəbər verir ki, turun son oyununda "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. "Azərsun Arena"da keçirilən görüşdə hesab açılmayıb.
Bu nəticədən sonra Ağdam klubu 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda rəqiblərindən bir oyun az keçirib. Şamaxının eyniadlı təmsilçisi isə 10 xalla doqquzuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"a 2:1, "İmişli" "Kəpəz"ə 3:0, "Zirə" "Sumqayıt"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Araz-Naxçıvan" matçı isə heç-heçə ilə yekunlaşıb.