Rusiya Prezidenti xəbərdarlıq edib...

26 Oktyabr 2025 18:43 (UTC+04:00)

...Baş Qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə keçirilən iclasda "Qərb" qrupunun qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin Oskol çayı üzərindəki keçidləri üzərində nəzarəti ələ keçirdiyi və Xarkov vilayətindəki Kupyansk ətrafındakı mühasirəni bağladığı bildirilib.

Putin Kupyansk və Krasnoarmeyskdəki Ukrayna Silahlı Qüvvələri qruplarının mühasirədən çıxmaq cəhdləri barədə xəbərdarlıq edib.

Gerasimov həmçinin "Mərkəz" qrupunun Krasnoarmeysk (Pokrovsk) və Dimitrov (Mırnoqrad) yaxınlığında düşmən qüvvələrini mühasirəyə almaq əməliyyatını başa vurduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu ərazidə 31 batalyondan ibarət əhəmiyyətli bir Ukrayna qoşun kontingenti bloklanıb. Prezident qeyd edib ki, Krasnoarmeysk-Dimitrov aqlomerasiyasının və Kupyanskın mühasirəsindəki bu uğurlar Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin cəsarətli hərəkətləri sayəsində əldə edilib.

Dövlət başçısı qeyd edib ki, "Birgə qüvvələrin bütün şəxsi heyətini bu nəticələr münasibətilə təbrik etmək istəyirəm". Putin həmçinin xəbərdarlıq edib ki, mühasirəyə alınmış Ukrayna Silahlı Qüvvələrinin bölmələri həm xaricdən, həm də mühasirə daxilindəki qüvvələr vasitəsilə blokadanı yarmaq üçün səy göstərəcəklər.

Əli Babayev