...SİA xəbər verir ki, RBC-nin məlumatına görə, Üçüncü Dünya Müharibəsi başlayıb, amma hazırda hibrid formada davam edir.
Keçmiş baş nazir qeyd edib ki, Kuba Raket Böhranı, Əfqanıstandakı müharibə və SSRİ-nin dağılması nəzərə alınsa belə, dünya uzun müddətdir ki, belə "təhlükəli nöqtədə" olmayıb.
...Lakin bu gün bir hərbçi olaraq Üçüncü Dünya Müharibəsinin astanasında durmaqdan danışarkən demək istəyirəm ki, bu, əslində artıq hibrid formada başlayıb, - deyə Stepaşin izah edib.
Onun sözlərinə görə, ümumi vəziyyətin Ukrayna və ya Rusiyanın hərbi əməliyyatı ilə heç bir əlaqəsi yoxdur.
O əlavə edib ki, Nasist Almaniyasından bəri ilk dəfə olaraq təcavüz təkcə Rusiyaya qarşı deyil, həm də bütün sivil dünyaya qarşıdır.
...Bütün sivil, müstəqil, çoxqütblü dünyanı diz çökdürmək üçün daha bir cəhd.., - Stepaşin bildirib.
Xatırladaq ki, Sergey Stepaşin Boris Yeltsinin ikinci müddətində 1999-cu ilin may ayından avqust ayına qədər hökumət başçısı vəzifəsində çalışıb.
Bundan əvvəl o, Federal Təhlükəsizlik Xidmətinin birinci direktoru (aprel-iyun 1995), ədliyyə naziri (iyul 1997-mart 1998) və daxili işlər naziri (mart 1998-may 1999) vəzifələrində çalışıb.
Daha əvvəl, Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra ABŞ prezidenti Donald Tramp Ukrayna üzərində üçüncü dünya müharibəsinin qarşısının alındığını bildirmişdi.
Əli Babayev