...Moskvanın hava hücumundan müdafiə sistemlərinin yerini göstərən xəritə internetdə yayılıb. Diaqramda sistemlərin işarələnmiş yerləri göstərilir.
SİA xəbər verir ki, bu barədə Osint analitiki Jembob özünün X sosial media səhifəsində məlumat verib.
Dərc olunmuş diaqramda Rusiya paytaxtının müxtəlif rayonlarında yerləşən və şəhər ətrafında halqa əmələ gətirən hava hücumundan müdafiə sistemləri göstərilir.
Fotoda S-300 və S-400 sistemləri və mühüm obyektləri əhatə edən radarlar göstərilir.
Müşahidəçi qeyd edib ki, Moskvanın İzmailovski rayonunda yeni S-400 hava hücumundan müdafiə sistemi peyda olub. Digər S-300 və S-400 sistemləri çoxqatlı müdafiə yaratmaq üçün şəhər ətrafında yerləşdirilib.
Əli Babayev