...SİA xəbər verir ki, açıq mənbəli kəşfiyyat (OSINT) analitiki Riçard Verekerin X sosial şəbəkəsində yazdığına görə, tammiqyaslı müharibə zamanı Rusiya artilleriya itkilərinin təbiəti əhəmiyyətli dərəcədə dəyişib və bu, dolayı yolla müasir artilleriya sistemlərinin tükənməsini əks etdirir.
O qeyd edib ki, müharibənin əvvəlində Rusiya artilleriya itkilərinin əksəriyyəti özüyeriyən toplar olub.
Lakin 2025-ci ildə vəziyyət tərsinə çevrilib və indi Rusiya artilleriya itkilərinin təxminən üçdə ikisi yedəkli toplardır. Başqa bir dəyişiklik bu topların kalibrinə aiddir.
Müharibənin əvvəlində itkilərin təxminən üçdə ikisi Rusiya ordusunun əsas artilleriya kalibrinə - 152 mm-ə bərabər olub. Lakin indi bu, ümumi silah itkilərinin yalnız 11 faizini təşkil edir, qalanları isə əsasən 122 mm-lik toplardır.
Vereker qeyd edir ki, vizual olaraq təsdiqlənmiş itkilər rusların müxtəlif növ silahlardan istifadə nisbətlərini dəqiq əks etdirmir.
Lakin, digər təsdiqlənmiş məlumatların olmaması səbəbindən, bu, hazırda rusların bu gün nə ilə mübarizə apardıqlarının ən yaxşı göstəricisidir.
Əli Babayev