"Ukrayna və Rusiya arasında "ağıl döyüşü" yeni səviyyəyə çatıb..."

26 Oktyabr 2025 19:54 (UTC+04:00)

...İmprovizasiya və texnoloji innovasiya müasir müharibəni kökündən dəyişdirir. Həm Ukrayna, həm də Rusiya getdikcə sadə təyyarələri, dronları və köhnə sursatları döyüş platformalarına çevirir.

SİA-nın məlumatına görə, bu barədə CNN bildirib.

Ukrayna və Rusiya arasındakı müharibə çoxdan sadəcə silah məsələsi olmaqdan çıxıb - texnoloji innovasiya və tez uyğunlaşma qabiliyyəti həlledici rol oynayır.

Hər iki tərəf bomba yüklü yüngül təyyarələrdən tutmuş təxminən 200 km mənzilli dəniz dronlarına və idarə olunan bombalara qədər müxtəlif texniki həllərdən istifadə edir.

Bu cür sadə, lakin effektiv metodlardan bir nümunə, avtomatik naviqasiya və ibtidai bomba ilə yüngül təyyarə tərəfindən həyata keçirilən Dzerjinskdəki partlayıcı maddələr zavoduna zərbə endirilməsi idi.

Oxşar əməliyyatların Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin 14-cü alayı tərəfindən həyata keçirildiyi bildirilir.

Eyni zamanda, Rusiya qüvvələri reaktiv mühərrikli və təxminən 200 km mənzilli idarə olunan bombalardan istifadə etməyə başlayıb ki, bu da ənənəvi sürüşmə bombalarının imkanlarını xeyli üstələyir və Ukrayna hava hücumundan müdafiə sisteminin işini çətinləşdirir.

Süni intellekt, robototexnika və pilotsuz sistemlərin geniş yayılması da döyüş meydanını dəyişir.

Ukraynanın ən diqqətəlayiq nailiyyəti dənizdəki güc balansına təsir göstərən dəniz dronları olub.

Düşmən dronlarını ələ keçirmək üçün pulemyotlarla silahlanmış yüngül təyyarələrin istifadəsi sadə, modernləşdirilmiş sistemlərin əhəmiyyətli bir üstünlük təmin edə biləcəyini göstərir.

Müəlliflər vurğulayırlar ki, yüksək texnologiyalı sistemlərin kütləvi istehsalı illər çəkir, sürətli improvizasiya isə tez-tez dərhal nəticələrə səbəb olur.

Nəticədə, müasir müharibə aşağı qiymətli "Frankenşteyn" sistemlərindən mürəkkəb raket və dron sistemlərinə qədər daimi texniki rəqabətə çevrilib.

Əli Babayev