Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib

26 Oktyabr 2025 14:33 (UTC+04:00)

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, yığmamız Qazaxıstan, Pakistan və Qətər seçmələri ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları millisi yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Xatırladaq ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda isə gümüş medal qazanıb.