Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib

26 Oktyabr 2025 14:43 (UTC+04:00)

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə günorta saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.

Hadisənin təfərrüatları və ölümün səbəbi araşdırmalardan sonra məlum olacaq.