ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə "olduqca maraqlı sövdələşmələr"in anonsunu elan edib və Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə görüşəcəyini təsdiqləyib. SİA xəbər verir ki, o, bunu Malayziyanın Baş naziri Ənvər İbrahimlə sənəd imzalama mərasimində bildirib, lakin hansı sövdələşmələrin müzakirə olunduğunu dəqiqləşdirməyib. "Bu gün burada qalacağıq, sabah isə çox gözəl bir ölkəyə (Trampın növbəti səfəri Yaponiyaya planlaşdırılır - red.) yola düşəcəyik və bildiyiniz kimi, əldə edəcəyimiz çox yaxşı, maraqlı razılaşmalarımız olacaq", - o, qeyd edib. "Növbəti gün (Trampın Yaponiyaya səfəri oktyabrın 27-29-da planlaşdırılıb - red.) Si Cinpinlə görüşəcəyik", - ABŞ lideri əlavə edib.