Bədii gimnastika üzrə “Grace of nature” turnirinə bu gün yekun vurulacaq - FOTOLAR

26 Oktyabr 2025 12:08 (UTC+04:00)

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın sonuncu günündə 2010-2013-cü il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər. Günün ikinci yarısında isə 8 qrup hərəkətləri komandası medallar uğrunda yarışacaq.

Qeyd edək ki, turnirə oktyabrın 24-də start verilib. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.