Suriyada vəziyyət yenə qarışdı

26 Oktyabr 2025 11:47 (UTC+04:00)

Suriya keçid hökumətinin qoşunları ölkənin şərqindəki Deyr əz-Zor vilayətində Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki YPG/PKK silahlıları ilə toqquşublar. SİA bu barədə "Syria TV"yə istinadən xəbər verir. Bildirilir ki, SDQ koalisiyasından olan YPG/PKK dəstələri hökumət qoşunlarının müdafiəsi altında olan əraziyə daxil olmağa cəhd göstəriblər. Lakin hərbi qulluqçular onların hücumlarını dəf edərək tutduqları mövqeləri qoruyublar. Tərəflər arasında atışma bir neçə saat davam edib.