Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Bakı–Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan iki yük avtomobilinin toqquşması nəticəsində biri sürücü olmaqla iki nəfər hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.