İsrail Qəzza zolağının mərkəzinə raket zərbəsi endirib

26 Oktyabr 2025 09:13 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsinə raket zərbəsi endirib. SİA xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hücum müəyyən bir hədəfə yönəlib. Məqsəd Nuseyrat qaçqın düşərgəsi yaxınlığındakı "İslami Cihad” hərəkatının silahlı bir üzvünü məhv etmək olub. İsrail tərəfinin məlumatına görə, həmin şəxs İsrail Müdafiə Qüvvələrinin qoşunlarına qarşı hücum planlaşdırıb.