Ankaranın Yenimahalle rayonunda yerləşən Demetevler Metro stansiyasında naməlum səbəbdən yüksələn tüstü sərnişinlər arasında panikaya səbəb olub. SİA "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürən, təcili tibbi yardım və polis qrupları cəlb edilib. Xilasedicilər metro vaqonundakı sərnişinləri təxliyə ediblər. Təxliyə zamanı vaqondan tüstü çıxdığını görən sərnişinlər təşvişə düşüblər. Hazırda hadisə yerində araşdırmalar davam edir və metro stansiyasına girişlər müvəqqəti olaraq bağlanıb.