Premyer Liqa: “Çelsi” öz meydanında məğlub olub

25 Oktyabr 2025 20:02 (UTC+04:00)

İngiltərə Premyer Liqasında IX tura start verilib.

SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan “Çelsi” doğma meydanda “Sanderlend”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda London klubu 14 xalla 7-ci sırada qərarlaşıb. Xallarını 17-yə çatdıran “Sanderlend” 2-ci pilləyə yüksəlib.