Gürcüstanda üç Çin vətəndaşı saxlanıldı

25 Oktyabr 2025 15:55 (UTC+04:00)

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiya vasitəsilə ölkəsinə 2 kq radioaktiv uran daşımağı planlaşdıran üç Çin vətəndaşını saxlayıb. SİA xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub.

İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb. Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz olaraq gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb.

Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.