"Oğlum qurultayın işini pozmağa çalışdı, növbəti qurultaya qədər partiyanın sədr postunda qalıram" - Fəzail Ağamalı

25 Oktyabr 2025 14:49 (UTC+04:00)

Bu gün Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb. SİA xəbər verir ki, AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.

Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.

Fəzail Ağamalı APA-ya açıqlamasında deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.

Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.