Azərbaycan Şahmat Federasiyasının (AŞF) Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib. SİA xəbər verir ki, bu barədə AŞF-dən məlumat verilib. Yarışdan əvvəl millinin üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüblər. 40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub. Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.