Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 42 min 303 ton düyü idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 39 milyon 799 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10 min 235 ton (19,5 %), dəyər baxımından isə 14 milyon 955 min ABŞ dolları (27,3%) azdır.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.