Rusiyada Belqorod su anbarının bəndi ciddi zədələnib, təxliyə elan edilib

25 Oktyabr 2025 13:59 (UTC+04:00)

Rusiyada Belqorod su anbarı bəndi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində zədələnib. SİA xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri yenidən hücum edərsə, Belqorod su anbarı bəndi dağıla və təxminən 1 000 nəfərin evi su altında qala bilər.

"Bu baş verərsə, təxminən 1 000 sakinin yaşadığı yaşayış məntəqələrimizdəki bir neçə küçəni su basma riski yaranacaq", - o yazıb.

Qladkov, həmçinin daşqın riski altında yaşayanların təxliyə olunduğunu söyləyib. Sakinlərə müvəqqəti yaşayış yeri axtarmaq tövsiyə olunub.