Bakı Dövlət Sirki ikiillik fasilədən sonra fəaliyyətini bərpa edib. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən verilən xəbərə əsasən, Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan proqramın açılışı olub.