Binəqədi rayonunda oğurluq edən 2 şəxs saxlanılıb

25 Oktyabr 2025 12:33 (UTC+04:00)

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi də qeydə alınıb. Paytaxt sakini olan bir nəfərə məxsus pulqabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina saxlanılıb.

Araşdırmalar aparılır.