Azərbaycan qarğıdalı idxalını 42 %-dən çox azaldıb

25 Oktyabr 2025 12:18 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 36 min 975 ton qarğıdalı idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 14 milyon 98 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 min 971 ton (42,2 %), dəyər baxımından isə 5 milyon 660 min ABŞ dolları (28,6 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.