Azərbaycana yay mövsümündə gələn turistlərin sayı 5 %-dən çox azalıb

25 Oktyabr 2025 11:48 (UTC+04:00)

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana 740 min 722 turist səfər edib. SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır.

Mövsüm ərzində ölkəyə ən çox turist Rusiyadan gəlib – 196 min 789 nəfər. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 % azalma deməkdir.

İkinci yerdə Türkiyədən gələnlər qərarlaşıb – 116 min 479 nəfər. Bu isə 1 il əvvələ nisbətən 8,6 % artım deməkdir.

Üçüncü yeri isə Səudiyyə Ərəbistanından gələnlər tutub. Bu ölkədən Azərbaycana 50 min 945 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3 % azdır.