Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

25 Oktyabr 2025 10:35 (UTC+04:00)

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.