Naxçıvanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.