Qəzzada atəşkəsə cavabdeh şəxs bəlli oldu

25 Oktyabr 2025 02:32 (UTC+04:00)

ABŞ Dövlət Departamenti təcrübəli diplomat Stiven Feyqinin Qəzza zolağında atəşkəsi izləyən və qoruyan Mülki-Hərbi Koordinasiya Mərkəzinin rəhbəri olacağını elan edib. SİA xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Feyqin hazırda ABŞ-nin Yəməndəki səfiri vəzifəsində çalışır. O, bundan əvvəl İraqdakı səfirlikdə, Ərbildəki ABŞ Baş Konsulluğunda, ABŞ Dövlət Departamentinin İran İşləri Ofisində, habelə qurumun Cənubi və Mərkəzi Asiya Bürosunda rəhbər vəzifələrdə işləyib.