Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

25 Oktyabr 2025 01:40 (UTC+04:00)

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq: Ətraflı “Gəncədəki, özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.