Yük maşını yol kənarındakı restorana girdi

25 Oktyabr 2025 00:57 (UTC+04:00)

Ağdamda yük maşını idarəetmədən çıxaraq yol kənarındakı restoranın içərisinə aşıb. SİA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Hadisə “BMW” markalı minik maşını ilə “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra yük maşını idarəetməni itirərək restoran ərazisinə daxil olub və aşıb.

Faktla bağlı araşdırma aparılır.