Keçmiş UFC çempionu Konor Makqreqor insayder Ariel Helvani ilə söhbəti zamanı qarışıq döyüş sənətindəki gələcəyini müzakirə edib. SİA xəbər verir ki, konkret olaraq, irlandiyalı Ağ Evdə keçiriləcək UFC tədbirində yarışmaq niyyətində olduğunu bir daha bəyan edib. “Mən Ağ Evdə keçirilən tədbir üçün qayıdacağam. Bütün bunlardan həzz alıram, amma heç bir illüziyaya qapılmıram… Qarışıq döyüş sənətinə qayıtmağım əsas məqsədimdir. Çox istərdim ki, Çendlerlə qarşılaşım. Tezliklə yaxşı bir şey olacaq, – Makqreqor deyib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə UFC turnirinin 2026-cı il iyunun 14-də keçiriləcəyini bildirmişdi.