Almaniya Çinə etiraz notası göndərdi

24 Oktyabr 2025 17:19 (UTC+04:00)

Almaniya Çinin yarımkeçirici istehsalçısı "Nexperia"ya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində avtomobil sənayesi üçün çip çatışmazlığı ilə üzləşdiyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

“Biz çip çatışmazlığından çox əziyyət çəkdik, çünki Almaniya iqtisadiyyatı onlardan asılıdır”, - deyə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe bildirib.

Rayxe əlavə edib ki, Almaniya tərəfi bu məsələdə Çin Xalq Respublikasının ticarət naziri Vanq Ventaoya şəxsən diplomatik xəbərdarlıq göndərib.